Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən bu günAğdam, Tərtər rayonlarında və Gəncə şəhərində 1 metal anbarı, 1 ferma, 3 əkin sahəsi, 8 partlayış yerinə baxış keçirilib.
ANAMA-dan “Qafqazinfo”ya verilən məlumata görə, baxış zamanı Gəncə və Tərtərdə 6 ədəd partlamamış hərbi sursat (1 ədəd 9M22U raketinin (Qrad) mühərrik hissəsi, 1 ədəd 152 mm-lik top mərmisi, 1 ədəd 76 mm-lik top mərmisi, 1 ədəd OQ-9 raketinin gilizi və 2 ədəd 122 mm-lik top mərmisinin partladıcısı) aşkar edilərək götürülüb. Gün ərzində 17 700 kv.m ərazi təmizlənib.
Ümumilikdə Agentlik tərəfindən 7 aprel - 4 iyul 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə və Bakı şəhərlərində 621 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 1 metal anbarı, 30 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilib, 1 572 ədəd partlamamış hərbi sursat, 14 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 1 ədəd piyada əleyhinə mina (OZM-72) və 8 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.
Hal-hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.







Son xəbərlər
Son Xəbərlər