“Gəncəbank” ƏSF-ə üzv bankların reyestrindən çıxarıldı

gencebank-esf-e-uzv-banklarin-reyestrinden-cixarildi
Oxunma sayı: 1253

“Gəncəbank” Əmanətlərin Sığortalanması Fonduna (ƏSF) üzv bankların reyestrindən çıxarılıb.

ƏSF-dən “Qafqazinfo”ya daxil olan məlumata görə, banka verilmiş şəhadətnamə ləğv edilib.

Qeyd edək ki, hazırda Əmanətlərin Sığortalanması Fonduna üzv bankların sayı 41-dir.

Xatırladaq ki, Mərkəzi Bankın İdarə Heyətinin 22 yanvar 2016-cı il tarixli, 05/5 nömrəli qərarı ilə məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə “Gəncəbank” ASC-nin bank lisenziyası ləğv edilib.