Gəncədə “07” təcili tibbi yardım maşını ilə toquşdu

gencede-07-tecili-tibbi-yardim-masini-ile-toqusdu
Oxunma sayı: 2198


SalamNews-un bölgə müxbirinin xəbərinə görə hadisə şəhərin Şeyx Bahəddin küçəsi ilə Vaqif küçəsinin kəsişməsində Mərkəzi bazarın qarşısında qeydə alınıb. Gəncə sakini Əli Aşurov idarə etdiyi “VAZ 2107” markalı maşınla hərəkətdə olarkən, Əkbər Məmmədovun idarə etdiyi təcili tibbi yardım maşını ilə toqquşub. Zərbənin gücündən təcili tibbi yardım maşını yol kənarındakı mağazanın vitrinindən içəri girib. Nətiəcədə “VAZ 2107”-nin sərnişini, 27 yaşlı Turan İsmayılova, təcli tibbi yardım maşınının sürücüsü və tibb bacıları Şərqiyə Həsənova və Bəsti Əhmədova müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasın tramatologiya şöbəsinə yerləşdirib. Xəstəxandan verilən məlumata görə yaralıların vəziyyəti orta ağırdır.Təcili tibbi yardım maşınında çağırışdan qayıdan və xəsarət alan tibb bacıları Şərqiyə Həsənova və Bəsti Əhmədova bildirib ki, qəza “VAZ 2107” markalı avtomobilin sürücüsünün günahı ucundan baş verdib.

Qəza nəticəsində hər iki avtomobil yararsız hala düşüb. Faktala bağlı Gəncə şəhər baş polis idarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparlır.İlkin etimala görə qəzaya səbəb VAZ 2107 markalı maşının təcili tibbi yardım maşının yoluna çıxması olub.