Gəncədə 14 yaşlı oğlan bıçaqlandı

gencede-14-yasli-oglan-bicaqlandi
Oxunma sayı: 1231

Gəncədə bıçaqlanma hadisəsi baş verib. “Qafqazinfo”nun verdiyi məlumata görə, hadisə məcburi köçkünlər üçün salınan qəsəbədə qeydə alınıb. 

Kəlbəcərdən olan məcburi köçkün 2003-cü il təvəllüdlü C. Kərimov mübahisə zəminində 2005-ci il təvəllüdlü Nihat Cəfərlini bıçaqlayıb. Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Vəziyyətinin kafi olduğu bildirilir.

Cinayəti törədən yeniyetmə isə saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Elmar Əli