Gəncədə 150 abonent istisna olmaqla qaz təchizatı bərpa olunub

Gəncədə 150 abonent istisna olmaqla qaz təchizatı bərpa olunub
Oxunma sayı: 594

Xəbər verdiyimiz kimi, oktyabrın 17-də təcavüzkar erməni silahlı birləşmələri gecə saat 01 radələrində Gəncə şəhərinə ballestik raketlərdən zərbələr endirib. Bu səbəbdən təhlükəsizlik tədbiri olaraq gecə saatlarında şəhərin bütünlüklə qaz təminatı dayandırılıb.

"Qafqazinfo" xəbər verir ki,  "Azəriqaz" İstehsalat Birliyinin qərargahına gecə saatlarında daxil olan məlumata görə düşmən tərəfdən Gəncə şəhərinə atılan raketlərin törətdiyi dağıntılar səbəbindən həmin saatlarda təhlükəsizlik tədbiri olaraq şəhərin bütünlüklə qaz təminatı dayandırılıb.

Saat 07:35-də Gəncə şəhərində 150 abonent istisna olmaqla qaz təchizatı bərpa olunub. Hadisə baş verən M.Hacıyev və M.Axundzadə küçələrində 9 abonentin ünvanı isə artıq yoxdur.


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi