Gəncədə 16 yaşlı qız ana olub.
“Qafqazinfo” “Kriminalqafqaz”a istinadən xəbər verir ki, şəhər sakini S.A. (ad soyad şərtidir) Abbas Səhhət adına xəstəxanada uşaq dünyaya gətirib.
Xəbəri rus dilində oxuyun: Состояние гражданки Сенегала, пострадавшей в ночном клубе критическое
Araşdırmalar zamanı məlum olub ki, qız 2020-ci ildə 14 yaşı olan zamanı ailə həyatı qurub.
Faktla bağlı araşdırmalar davam etdirilir.
***
DİN-in Mətbuat Xidmətinin Gəncə Regional qrupunun baş inspektoru, baş leytenant Eşqin Qasımov "Qafqazinfo"ya bildirib ki, hazırda qeyd edilən məsələ ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsində müvafiq araşdırmalara başlanılıb: "Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə tezliklə hüquqi qiymət veriləcək".
Amin Nəzərli

Son xəbərlər
Son Xəbərlər