Gəncədə 16 yaşlı qız küçədə bıçaqlandı

gencede-16-yasli-qiz-kucede-bicaqlandi
Oxunma sayı: 2550

Gəncədə bıçaqlanma hadisəsi olub. 

"Qafqazinfo"nun verdiyi məlumata görə, şəhər sakini, 2003-cü il təvəllüdlü N.İsmayılova qarın nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Yaxınları 16 yaşlı qızın küçədə tanımadığı şəxs tərəfindən bıçaqlandığını deyiblər.

Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırma aparılır.

Elmar Əli