Gəncədə 29 yaşlı sakin bıçaqlanıb

gencede-29-yasli-sakin-bicaqlanib
Oxunma sayı: 925

Gəncədə bıçaqlanma hadisəsi qeydə alınıb.

QafqazinfoAPA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Atatürk prospektində qeydə alınıb. Məhsəti qəsəbəsində yaşayan 1988-ci il təvəllüdlü Razim Nazim oğlu Allahverdiyev mübahisə zəminində bıçaqlanaraq xəstəxanaya yerləşdirilib.

Döş qəfəsinin kəsilmiş deşilmiş yarası xəsarəti alan R. Allaverdiyev əməliyyat olunub.

Vəziyyətinin orta ağır olduğu bildirilir. Cinayətin kim tərəfindən törədildiyi hələ ki, məlum deyil.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.