Gəncədə 3 avtomobil toqquşdu, 2 yaralı var

gencede-3-avtomobil-toqqusdu-2-yarali-var
Oxunma sayı: 912

Gəncədə üç avtomobil toqquşub, xəsarət alanlar var.
 
“Qafqazinfo”nun APA-ya istinadən verdiyi məlumata görə, zəncirvarı qəza hadisəsi şəhərin Nizami Gəncəvi küçəsində qeydə alınıb.
 
“Toyota-Prado”, “VAZ 2106” və “VAZ 2107” markalı avtomobillərin toqquşması nəticəsində “VAZ 2106” olan iki sərnişin xəsarət alıb. Onlardan biri, 1995-ci  təvəllüdlü Mustafayev Səbail Sabir oğlu xəstəxanaya yerləşdirilib. Ona müvafiq tibbi yardım göstərilib, vəziyyəti normaldır. Digər şəxsin yüngül xəsarət aldığı bildirilir.
 
 Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.