Gəncədə 30 yaşlı kişi güllələnərək öldürüldü - Foto

gencede-30-yasli-kisi-gullelenerek-olduruldu
Oxunma sayı: 2692

Gəncədə qətl hadisəsi törədilib. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə şəhərin Depo qəsəbəsində qeydə alınıb. 1989-cu il təvəllüdlü Kərimov Zeynalabdin Bəndər oğlu odlu silahla açılan atəş nəticəsində ağır xəsarət alıb. O, xəstəxanaya çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb.

Qətli törətməkdə şübhəli bilinən şəxs Gəncə sakini, 1952-ci il təvəllüdlü Akif İsrafilovdur. Hadisənin torpaq üstündə yaranan mübahisə zəminində törədildiyi bildirilir.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.

Elmar Əli