Gəncədə bıçaqlanma hadisəsi olub.
"Qafqazinfo"nun xəbərinə görə, şəhər sakini 1983-cü il təvəllüdlü Hacıyev Yaqub qarın nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. O, dərhal əməliyyat olunub, vəziyyətinin orta-ağır olduğu bildirilir.
Y. Hacıyevin kim tərəfindən və hansı şəraitdə bıçaqlandığı hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Elmar Əli
Son xəbərlər
Son Xəbərlər