Gəncədə 375 şagirdə məktəbli forması verildi

gencede-375-sagirde-mektebli-formasi-verildi
Oxunma sayı: 713


Tədbirdə şəhərin tarixində ilk dəfə olaraq, 375 nəfər Qarabağ müharibəsi əlilləri və şəhid övladlarına pulsuz olaraq məktəbli formaları təqdim olunub. 

YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev tədbir iştirakçılarını yeni dərs ilinin başlanması- “Bilik günü” münasibətilə təbrik edib, müəllim və şagirdlərə təhsildə müvəffəqiyyətlər arzulayıb.

Şəhər İcra Hakimiyyəti başçısının müavini Sevda Qurbanəliyeva “Bilik Günü” münasibətilə təhsil işçilərini, valideynləri və məktəbliləri təbrik edərək dövlət tərəfindən onlara göstərilən qayğı və diqqəti layiqincə doğruldacağına əmin olduğunu bildirib.

Sonda məktəbli formaları şagirdlərə təqdim olunub.