Gəncədə 4 uşaq qazdan zəhərləndi - Ölən var+Yenilənib

gencede-4-usaq-qazdan-zeherlendi
Oxunma sayı: 3172

Gəncədə 1 ailənin 4 üzvü dəm qazından zəhərlənib.

“Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin Dədə Qorqud küçəsində yerləşən binada baş verib.

Hadisə nəticəsində 4 azyaşlı uşaq zəhərlənib.

Həkimlərin səyinə baxmayaraq 2020-ci il təvəllüdlü Zəhra Musayeva ölüb, daha 3 nəfər - Zeynəb Musayeva, Dərya Musayeva və Fatimə Musayevanın müalicəsi davam edir. 

Hadisənin baş vermə səbəbləri araşdırılır.

***

Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov “Qafqazinfo”ya bildirib ki, Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinə şəhər Dədəqorqud küçəsində dəm qazından zəhərlənmə barədə məlumat daxil olub:

“Dərhal polis əməkdaşları və şəhər Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. Araşdırmalar zaman 2020-ci il təvəllüdlü Zəhra Musayeva dəm qazından zəhərlənərək öldüyü, Zeynəb Musayeva, Dərya Musayeva, Fatimə Musayevanın zəhərlənməsi məlum olub”.

Faktla bağlı şəhər prokurorluğunda araşdırmalar davam etdirilir.

***

Xəsarət alanların təvəllüdü:

Musayeva Zeynəb Rəsul qızı- 2015, Musayeva Dərya Tural qızı- 2018, Musayeva Fatimə Tural qızı- 2019

Amin Nəzərli