Gəncədə 49 yaşlı qadını maşın vurub

gencede-49-yasli-qadini-masin-vurub
Oxunma sayı: 1163

Gəncədə yolu keçmək istəyən piyadanı avtomobil vurub.

"Qafqazinfo"nun verdiyi məlumata görə, şəhərin Heydər Əliyev prospektində hərəkətdə olan avtomobil yolu keçmək istəyən 1970-ci il təvəllüdlü Atakişiyeva Səfurə Bahadur qızını vurub. Bədən xəsarətləri alan qadın xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir. 

Faktla bağlı hüquq mühafizə orqanların əməkdaşları tərəfindən araşdırma aparılır.

Elmar Əli