Gəncədə 53 yaşlı kişinin meyiti tapıldı

gencede-53-yasli-kisinin-meyiti-tapildi
Oxunma sayı: 1628

Gəncə şəhərinin Nizami rayonunda bir nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, çağırış ünvanına FHN-nin Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri cəlb olunub.

Onlar mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1969-cu il təvəllüdlü Əliyev Ceyhun İsmayıl oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.