Gəncədə 6 şagird zəhərləndi - Yenilənib

Gəncədə 6 şagird zəhərləndi
Oxunma sayı: 1554

Gəncə şəhər 3 nömrəli tam orta məktəbin şagirdləri arasında zəhərlənmə olub.

“Qafqazinfo”nun APA-ya istinadən verdiyi məlumata görə, məktəbin 6 şagirdi zəhərlənib.

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən faktı təsdiqləyiblər.

İctimaiyyətə əlavə məlumat veriləcək.

***

TƏBİB-dən “Qafqazinfo”ya bildirilib ki, bu gün saat 11:30 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına Xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə zəhərlənmə ilə 6 yeniyetmə daxil olub: “İlkin tibbi yardım göstərildikdən sonra onlardan 4-ü ambulator müalicə üçün evə buraxılıb. Hazırda iki nəfərin müalicəsinə tibb müəssisəsinin İntensiv terapiya şöbəsində davam edilir, vəziyyətləri orta stabildir”.