Gəncədə piyadanın ölümü ilə nəticələn ağır yol qəzası baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
Hərəkətdə olan VAZ 2107 markalı minik maşını yolu qarşı tərəfə keçmək istəyən şəhər sakini 1963-cı il təvəllüdlü Q.Rüstəmovu vurub.
Yaşlı kişi hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.


Son xəbərlər
Son Xəbərlər