Gəncədə 9 may “Qələbə günü” qeyd edildi

gencede-9-may-qelebe-gunu-qeyd-edildi
Oxunma sayı: 1445

Gəncədə 9 May faşizm üzərində qələbənin 72-ci ildönümünə həsr olunan tədbir keçirilib. Tədbir Sovet İttifaqı qəhrəmanı İsrafil Məmmədovun barelyefi önündə təşkil olunub.

"Qafqazinfo"ya daxil olan məlumatA görə, mərasimə Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev, veteranlar, şəhər rəsmiləri və ictimaiyyət nümayəndələri qatılıb.

Gəncə şəhər Veteranlar təşkilatının sədri Yusif Məmmədov bildirib ki, hazırda 15 nəfər müharibə iştirakçısı var. Bu il 4 nəfər veteran dünyasını dəyişib. Arxa cəbhə iştirakçılarının sayı 71 nəfərdir.

Qeyd edək ki, 2-ci Dünya müharibəsində Gəncə şəhərindən 16.000 nəfər vuruşub. Onlardan 2000 nəfəri müharibədə həlak olub.​