Gəncədə ağır qəza, 3 yaralı - Fotolar

gencede-agir-qeza-3-yarali
Oxunma sayı: 1876

Gəncədə üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun xəbərinə görə, şəhərin Üzeyir Hacıbəyov prospektində hərəkətdə olan “Hyundai” markalı yük avtomobili ilə VAZ-2106-nın toqquşması nəticəsində minik maşınında olan üç nəfər – 2002-ci il təvəllüdlü Asif Səmədzadə, 2000-ci il təvəllüdlü Arif Səmədov və 2004-cü il təvəllüdlü Vasif Səmədov xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Vəziyyətləri kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Elmar Əli