Gəncədə ağır qəza - Ölən və yaralananlar var

Gəncədə ağır qəza
Oxunma sayı: 6014

Gəncədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

"Qafqazinfo" nun xəbərinə görə şəhərin Nəriman Nərimanov prospektində "Toyota" ilə "Hyundai" markalı minik avtomobillərinin toqquşması nəticəsində 66 yaşlı Məqsəd Mirzəyev hadisə yerində ölüb.

32 yaşlı İlqar Köçəriyev, 44 yaşlı Mahmud Cənnətov, 58 yaşlı Fəqan İsmayılov və 25 yaşlı Vüsal Məmmədov xəsarət alaraq xəstəxanaya yerləşdirilib. 
Vəziyyətləri orta-ağır qiymətləndirilir. 

Faktla bağlı araşdırma aparılır. 

Elmar Əli


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi