Gəncədə ailə faciəsi - Ana və uşaqları dəm qazından öldü

gencede-aile-faciesi
Oxunma sayı: 5880

Gəncə şəhərində evdə ana və iki azyaşlı uşağının meyiti tapılıb.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hadisə martın 8-də, səhər saatlarında baş verib.

Şəhər sakini, 1987-ci il təvəllüdlü Leyla Məmmədova, onun oğlu, 2014-cü il təvəllüdlü Murad və qızı, 2015-ci il təvəllüdlü Xədicə hamamda çimdikləri zaman dəm qazından zəhərlənərək boğulub ölüblər.

Faktla bağlı araşdırma aparılır.

Murad Əhməd