Gəncədə ana uşaqları ilə birgə itkin düşdü

gencede-ana-usaqlari-ile-birge-itkin-dusdu
Oxunma sayı: 2823

Gəncə şəhərində ana və iki azyaşlı uşağı itkin düşüb. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, şəhər sakini, 1995-ci il təvəllüdlü İsmayılova Bənövşə Bəxtiyar qızı və onun övladları -  2013-cü il təvəllüdlü Yağmur, 2015-ci təvəllüdlü Nizami fevralın 9-da itkin düşüb. 

Onların qohumlarıgilə getmədiyi məlum olub. Ailəsinin müraciətindən sonra polis araşdırmalara başlayıb. 

Murad Əhməd