“Qafqazinfo”ya daxil olan məlumata görə, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Məşəl Abidə Kompleksi önünə əklil qoyub. Mərasimdə 31 mart soyqırımı qurbanlarının ruhuna dualar oxunub və Allahdan rəhmət dilənib. Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev 97 il öncə erməni daşnakları tərəfindən xalqımızın başına gətirilən müsibətlərdən söz açıb. Soyqırımın xronologiyasına nəzər salan icra başçısı bildirib ki, azərbaycanlılara qarşı iki əsr davam edən soyqırım siyasəti düşünülmüş şəkildə həyata keçirilib. Erməni silahlıları bolşeviklərin köməyi ilə azərbaycanlıların yaşadıqları məhəllələrə qəflətən basqınlar edib, əhalini uşaqdan böyüyədək qətlə yetiriblər. Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev jurnalistlərə verdiyi açıqlamasında bildirib ki, zaman–zaman Azərbaycan xalqının başına gətirilən soyqırımları ümumiləşdirərək Gəncədə bir abidə ərsəyə gətiriləcək. Abidə bir il sonra 31 mart Azərbaycanlıların Soyqırımı Günü ərəfəsində təhvil veriləcək. Abidə kompleksi Gəncə şəhərinin mərkəzində yerləşən parklardan birində ucaldılacaq. Kompleks özündə 31 mart Azərbaycanlıların Soyqırımını və Xocal faciəsini əks etdirəcək.
Son xəbərlər
Son Xəbərlər