Gəncədə arvadını güllələyən ər həbs edildi

gencede-arvadini-gulleleyen-er-hebs-edildi
Oxunma sayı: 1023


Baş Prokurorluqdan “Qafqazinfo”ya verilən məlumata görə, fakta görə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Şəhər Baş Polis İdarəsi və prokurorluğun əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən 1974-ci il təvəllüdlü Murad Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İstintaq zamanı M.Məmmədovun qeyd edilən tarixdə arvadı L.Məmmədovanı qısqanclıq zəminində aralarında yaranan mübahisə zamanı ov tüfəngi ilə sonuncuya iki dəfə atəş açaraq qəsdən öldürdüyü müəyyən edilib.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Murad Əhməd