Gəncədə avtomobil quyuya düşdü, ölən və xəsarət alan var - Fotolar + Yenilənib

gencede-avtomobil-quyuya-dusdu-olen-ve-xesaret-alan-var
Oxunma sayı: 5017

Gəncədə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Qafqazinfo"nun məlumatına görə, hadisə Gəncə - İmamzadə avtomobil yolunda, Atabəylər küçəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan "VAZ-2106" markalı avtomobil yeni kanalizasiya xətlərinin çəkilişi zamanı qazılan 9 metr dərinlikdə olan quyuya düşüb.

Qəza nəticəsində iki nəfər xəsarət alıb. Onlar – 1985-ci il təvəllüdlü Fuad Rəcəbov və 1990-cı il təvəllüdlü Elmir Məmmədovdur. Xəstəxanaya yerləşdirilən yaralıların vəziyyətlərinin ağır olduğu bildirilir. 

Avtomobili quyudan çıxarmaq üçün əraziyə FHN xilasediciləri cəlb olunub. 

Faktla bağlı araşdırma aparılır. 

**

Qəza nəticəsində xəsarət alan Fuad Rəcəbovun həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanada dünyasını dəyişib. 

Elmar Əli