Gəncədə avtomobil yolda qazılan xəndəyə düşüb.
“Qafqazinfo”nun məlumatına görə, “Chevrolet Cruze” markalı avtomobilin sürücüsü Nadir Hüseynov şəhərin Üzeyir Hacıbəyli küçəsində idarəetməni itirərək su borusunun təmiri məqsədilə qazılan xəndəyə düşüb.
Qəza nəticəsində maşın ciddi zədələnsə də, xəsarət alan olmayıb.
Avtomobilin sürücüsünün bildirdiyinə görə, yolda xəndəyin qazılması ilə bağlı heç bir xəbərdarlıq nişanı olmayıb.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Qeyd edək ki, bu, həmin qazılan xəndəyə düşən sayca 3-cü avtomobildir.
Yunis Quliyev