Gəncədə avtomobillər toqquşdu - Yaralı var+Fotolar

gencede-avtomobiller-toqqusdu
Oxunma sayı: 1557

Gəncədə yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə Əziz Əliyev prospektində qeydə alınıb.

Belə ki, Azər Şirinovun idarə etdiyi “Hundai” markalı avtomobil Həsrət Mehdiyevin idarə etdiyi  “VAZ 2107” ilə toqquşub.

İlkin məlumata görə, qəzada “VAZ” markalı avtomobildə olan 26 yaşlı Sadiq Ələkbərov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralı xəstəxanalardan birinə yerləşdirilib. Vəziyyəti orta-ağırdır.

Yunis Quliyev