Gəncədə zəncirvari yol qəzası olub.
"Qafqazinfo"nun xəbərinə görə, dünən axşam saatlarında şəhərin Üzeyir Hacıbəyov küçəsində hərəkətdə olan "Mercedes", "VAZ 2106" və "Mitsubishi" markalı minik maşınlarının toqquşması nəticəsində 1961-ci il təvəllüdlü Abbasov Vaqif, 1969-ci il təvəllüdlü Məhərrəmova İlhamə və daha bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Elmar Əli

Son xəbərlər
Son Xəbərlər