Gəncədə keçirilən tədbirlərlə şəhər ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq digər sürücülərə təhlükə yaradan bir qrup sürücü saxlanılaraq barələrində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.
DİN Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan “Qafqazinfo”ya verilən məlumata görə, saxlanılan Gəncə şəhər sakinləri Ayxan Məmmədov, Nicat Seyidzadə, Novruz Məmmədovun müxtəlif vaxtlarda şəhərin bəlli küçə və yollarında avtoxuliqanlıq hərəkətləri etmələri məlum olub.
“Mercedes”, “VAZ 2011”, “VAZ 21074” markalı avtomobilləri idarə edərək yollarda intizamsızlıq edən, yol hərəkəti qaydalarını kobud şəkildə pozan bu şəxslər barəsində Gəncə şəhər BPİ-nin DYPŞ-nin əməkdaşları tərəfindən inzibati qaydada protokollar tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.
Son xəbərlər
Son Xəbərlər