Gəncədə axundun qardaşı evinə basqında yaralandı - Yenilənib

gencede-axundun-qardasi-evine-basqinda-yaralandi
Oxunma sayı: 5201

Gəncədə evə basqın olub.

“Qafqazinfo”nun xəbərinə görə, hadisə şəhərin Əziz Əliyev prospektində Rəşid Abbasova məxsus mənzildə baş verib.

Basqın məqsədilə evə daxil olan şəxs və ya şəxslər ev sahibinin baş nahiyyəsinə xəsarət yetiriblər. Səs-küy yarandığından naməlum şəxslər hadisə yerindən qaçıblar.

Xəsarət alan R. Abbasov xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

***

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, evinə basqın olunan şəxs Gəncədə “İmamzadə” kompleksinin axundu Hacı Tahirin qardaşıdır.

Elmar Əli