Gəncədə azarkeşlər hakimə hücum ediblər

gencede-azarkesler-hakime-hucum-edibler
Oxunma sayı: 702


“Qafqazinfo”nun sportal.az-a istinadən məlumatına görə, oyunun son dəqiqəsində hesab 2:2 olarkən “Kəpəz”in qapısına penalti təyin olunub. “Ağsu”nun heyətində Fərrux Rəhimov hesabı dəyişərək komandasına 3:2 hesabı ilə qələbə qazandırıb.

Hakimin bu qərarından sonra gəncəli azarkeş və ehtiyat skamyasında əyləşən futbolçular meydana axışıb və hakimə fiziki təzyiq göstərib.

Stadionda isə cəmi 4 nəfər polis əməkdaşı olub. Vəziyyətin çətinləşdiyini görən baş hakim Etibar Həsənov final fitini çalaraq paltardəyişmə otağına keçib.