Gəncədə baba 3 yaşlı nəvəsinin ölümünə səbəb oldu

gencede-baba-3-yasli-nevesinin-olumune-sebeb-oldu
Oxunma sayı: 3618

Gəncədə azyaşlının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

“Qafqazinfo”nun məlumatına görə, şəhər sakini Ərəstun Qasımov yük avtomobilini arxaya verərkən 2016-cı il təvəllüdlü nəvəsi Qasımov Ərəstun Nizami oğlunu vurub. 

Azyaşlı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Elmar Əli