“Qafqazinfo” xəbər verir ki, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Milli Qurtuluş Günü münasibətilə konfrans iştirakçılarını təbrik edərək deyib ki, Azərbaycan tarixinin 30 ildən artıq bir dövrü dünya miqyaslı siyasətçi və dövlət xadimi Heydər Əliyevin fəaliyyəti ilə qırılmaz surətdə bağlıdır. Heydər Əliyevin xidmətləri sayəsində xalqımız əvvəlcə siyasi və iqtisadi müstəqilliyinin möhkəm təməlini yaradıb, daha sonra isə müstəqil dövlətini qurmaq, qorumaq və yaşatmaq üçün tarixin verdiyi imkanı reallaşdıra bilib.
Sonda Heydər Əliyev adına Park-Kompleksin amfiteatrında böyük bayram konserti olub.
Son xəbərlər
Son Xəbərlər