Gəncədə bəzi yerlər yağış suları ilə dolub - Foto

gencede-bezi-yerler-yagis-sulari-ile-dolub
Oxunma sayı: 1886

Ötən gündən başlayaraq, Gəncə şəhərində yağan yağışlar nəticəsində şəhərin bəzi əraziləri (evlərin zirzəmiləri, həyətyanı sahələr, küçələr) yağış suları ilə dolub.

“Qafqazinfo” xəbər verir ki, yağışın törətdiyi fəsadların aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyininn Gəncə Regional Mərkəzindən 30 nəfərdən ibarət canlı qüvvə və 14 motopompa, Dövlət Yanğından Mühafizə Xidmətindən 27 nəfərdən ibarət canlı qüvvə, 6 motopompa, 6 texnika cəlb olunub.

Suçəkmə işləri davam etdirilir.