Gəncədə bıçaqlanma hadisəsi baş verib.
“Qafqazinfo” Kəpəz TV-yə istinadən xəbər verir ki, Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının cərrahiyyə şöbəsinə kimliyi hələlik müəyyənləşməyən bir nəfər kişi qarnın kəsilmiş, deşilmiş yarası diaqnozu ilə gətirilib.
Yaralı dərhal əməliyyat olunub. Həkimlərin sözlərinə görə xəstənin vəziyyəti orta ağırdır.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər