Gəncədə bıçaqlanma

gencede-bicaqlanma
Oxunma sayı: 3561

Gəncədə bıçaqlanma hadisəsi olub.

“Qafqazinfo“nun xəbərinə görə, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində baş verib.

Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Nəbiyev Rübail bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyəti kafi qiymətləndirilir.

Məlumata görə, R. Nəbiyev başqa bir sürücü tərəfindən mübahisə zəminində bıçaqlanıb. Hadisəni törədən şəxsin özü R. Nəbiyevi xəstəxanaya aparıb.

Faktla bağlı araşdırma aparılır.

Elmar Əli