Gəncədə bina yandı, sakinlər təxliyyə edildi

gencede-bina-yandi-sakinler-texliyye-edildi
Oxunma sayı: 770

Gəncə şəhəri, Kəpəz rayonunda dördmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yanğın baş verib.

“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, hadisə zamanı ümumi sahəsi 110 m2 olan 3 otaqlı mənzilin bir otağında 6 m2 sahədə ev əşyaları yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 6 nəfər bina sakini təxliyyə olunub.

Yanğının hansı səbəbdən çıxdığı bilinmir.