Gəncədə binada yanğın olub

gencede-binada-yangin-olub
Oxunma sayı: 1169

Gəncə şəhəri Nizami rayonunda çoxmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 46 kv.m olan 2 otaqlı mənzilin bir otağında ev əşyaları 3 kv.m sahədə yanıb və yüksək temperaturdan mətbəxin lambirdən ibarət tavanı 12 k.m sahədə əriyib.

“Qafqazinfo”nun FHN-in saytına istinadən verdiyi məlumata görə, mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.