Gəncədə bir ailənin 3 üzvünü bıçaqlayan şəxs tutuldu - Yenilənib

gencede-bir-ailenin-3-uzvunu-bicaqlayan-sexs-tutuldu
Oxunma sayı: 4741

21:42 (30 yanvar)

Gəncədə bir ailənin 3 üzvü bıçaqlanıb.

"Qafqazinfo" xəbər verir ki, 1993-cü il təvəllüdlü Elnurə Əlimərdanova, 1980-ci il təvəllüdlü Elşən Əlimərdanov və  1992-ci il təvəllüdlü Elnur Əlimərdanov bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Onlara cərrahi müdaxilə edilib, vəziyyətləri kafidir. Bıçaqlanan şəxslər bir ailənin üzvüləridir.

Hadisəsin başvermə səbəbləri araşdırılır.

***

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov “Qafqazinfo”ya bildirib ki, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində cinayəti Sumqayıt şəhər sakini 1989-cu il təvəllüdlü Babək Nəsirovun törətməsi məlum olub.

Hazırda şübhəli şəxsin istintaqa təhvil verilməsi istiqamətində zəruri tədbirlər davam etdirilir.

Həmçinin oxuyun: “Bizim Market” закрывается

***

09:18 (31 yanvar)

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov "Qafqazinfo"ya bildirib ki, şübhəli saxlanılıb: "Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməkdaşları 3 nəfər şəxsə bıçaq xəsarətləri yetirməkdə şübhəli bilinən Babək Nəsirovun istintaqa təhvil verilməsi istiqamətində  keçirdikləri tədbir nəticəsində şübhəli şəxs Sumqayıt şəhərində saxlanılaraq istintaqa təhvil verilib".