Gəncədə çinar ağacı niyə kəsilib? - Açıqlama

gencede-cinar-agaci-niye-kesilib
Oxunma sayı: 2554

Gəncə şəhərində məşhur Xan bağında ağacların kəsilməsi barədə məlumat yayılıb.

DİN Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, iyunun 30-da güclü külək nəticəsində park ərazisində bir ədəd çinar ağacı qırılıb:

“Həmin ağac aşaraq oturacağın üstünə düşüb. Daha sonra ağacın qalıqları doğranaraq ərazidən götürülüb. Görüntülər də həmin zaman çəkilib”.

Murad Əhməd