Gəncə Şəhər İcra Hakimiyyəti koronavirus pandemiyası ilə mübarizə çərçivəsində həyata keçirilən kompleks tədbirlərin miqyasını bu günlərdə daha da genişləndirib.
“Qafqazinfo” xəbər verir ki, Gəncədə növbəti dəfə gücləndirilmiş və genişmiqyaslı dezinfeksiya işləri aparılıb. İşlərə Gəncə Şəhər Dezinfeksiya Stansiyasının əməkdaşları və Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin texnikaları cəlb olunublar. Səhər saatlarından başlayaraq şəhərin əsas küçə, prospekt və yolları su çiləyici avtomobillərin köməyi ilə xüsusi dezinfeksiyaedici məhlullarla yuyulublar.
Məlumat üçün bildirək ki, istifadə edilən maddələrin qəbul olunmuş müəyyən toksikliyi nəzərə alınaraq, şəhər sakinlərinə ciddi zərurət yaranmadığı təqdirdə küçəyə çıxmamaları barədə bir gün əvvədən yerli KİV-lər vasitəsi ilə xəbərdarlıq edilib.
Tibbi-profilaktiki tədbirlərlə yanaşı reyd və maarifləndirmə işləri də davam etdirilir. Budəfəki reydlər bazarlarda və kənd təsərrüfatı məhsullarının satış məntəqələrində aparılıb. Reydlərdə Kəpəz Rayon İcra Hakimiyyətinin başçısı Eldəniz Xudiyev, Gəncə Şəhər Kəpəz Rayon Polis İdarəsinin rəis müavini Arif Hüseynov, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Nizami Hacıyev və Gəncə Şəhər Nizami Rayon Polis İdarəsinin rəis müavini İrza Nağıyev iştirak ediblər.
İki istiqamətdə reallaşan reydlər zamanı sözügedən məkanlarda Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin tələblərinə hansı səviyyədə əməl olunduğu yoxlanılıb.




Son xəbərlər
Son Xəbərlər