Gəncədə daha bir yol qəzası - 5 yaralı

gencede-daha-bir-yol-qezasi
Oxunma sayı: 1635

Bakı-Qazax magistralının Gəncə şəhərinə girişində yol qəzası baş verib.

Qafqazinfo” Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, hadisə şəhərin Nizami prospektində qeydə alınıb. Bakıdan Gəncəyə gələn "VİTA" və "Hundai Elantra" markalı avtomobillər toqquşub. "Hundai" markalı avtomobilə arxadan çırpılan "VİTA" yoldan çıxaraq ağaca və işıq dirəyinə dəyib. Zərbənin təsirindən ağac qırılaraq avtomobilin üzərinə aşıb. Nəticədə hər iki nəqliyyat vasitəsinin sürücüsü və 3 sərnişini xəsarət alıb.

Yaralılardan 23 yaşlı Oqtay İbrahimi və 28 yaşlı Elvin Ağayev Gəncə şəhər TTYX-yə aparılıblar. Onlardan birinin vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib. Digərinin müalicəsi travmatologiya şöbəsində davam etdirilir.

Qəzaya yüksək sürətin səbəb olduğu deyilir.

Faktla bağlı araşdırmalar davam edir.