Gəncədə dördmərtəbəli binada yanğın

gencede-dordmertebeli-binada-yangin
Oxunma sayı: 1971

Gəncədə yaşayış binasında yanğın baş verib. 

FHN-dən "Qafqazinfo"ya verilən məlumata görə, şəhərin dördmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 45 m² olan mənzildə mətbəxin yanar konstruksiyaları 6 m² sahədə və 1 ədəd kondisioner yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Qeyd edək ki, yanğına görə binaya elektirik enerjisi verilməsində fasilə yaranıb.