Gəncədə əhalinin tibbi müayinəsinin gedişi müzakirə edilib

gencede-ehalinin-tibbi-muayinesinin-gedisi-muzakire-edilib
Oxunma sayı: 1049


“Qafqazinfo” xəbər verir ki, tədbiri şəhər İcra Hakimiyyətinin birinci müavini Mikayıl Zeynalov açaraq bildirib ki, 2014-cü il fevral ayından respublikamızın bütün bölgələrində olduğu kimi, Gəncə şəhərində də əhalinin tibbi müayinədən keçirilməsi tədbirləri yüksək səviyyədə yerinə yetirilir. Qeyd olunmalıdır ki ,şəhərdə gedən işlər İcra Hakimiyyəti tərəfindən gündəlik nəzarətdə saxlanılır.

Səhiyyə İdarəsinin rəisi Mehman Rzayev məlumat verərək bildirdi ki , 17 fevraldan 1 aprel 2014-cü il tarixədək  tibbi profilaktik müayinələrdən 30 549 nəfər keçib və əhalinin tibbi müayinəsi may ayınadək yüksək səviyyədə və uğurla davam edəcək.

İcra Hakimiyyəti başçısının müavini Nizami Hacıyev, 2 saylı poliklinikanın baş həkimi İsa Babayev, 1 saylı poliklinikanın baş həkimi Xalidə Qasımova çıxışlarında ən zəruri məsələ olan insanların sağlamlığının qorunması,xəstəliklərin vaxtında aşkar edilməsi və müalicə olunması istiqamətində bütün tədbirlərin mütəşəkkil və yüksək səviyyədə həyata keçirildiyini bildirdilər.

Ziyalılar  adından GDU-nun professoru Mübariz Yusifov ölkə başçısı tərəfindən əhalinin sağlamlığının qorunması ilə bağlı atılan humanist addımları, hər bir Azərbaycan vətəndaşına göstərilən qayğını  yüksək  dəyərləndirdi və  dərin minnətdarlığını bildirdi.

Sonra tibbi aksiya çərçivəsində keçirilən tədbirlərdə fərqlənən səhiyyə işçilərinə Fəxri fərmanlar verildi.

Səhiyyə işçilərindən bir qrupuna Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqələri təqdim olundu.YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev Partiya sıralarına yeni qəbul olunan səhiyyə işçilərini təbrik etdi və onlara fəaliyyətlərində uğurlar arzuladı.