Gəncədə 32 yaşlı qadın qətlə yetirilib.
“Qafqazinfo”nun məlumatına görə, şəhər sakini, 1990-cı il təvəllüdlü Həsənova Gülzar Vahid qızı bıçaq xəsarəti ilə xəstəxanaya daxil olub.
Xəstəxanada həkimlərin səyinə baxmayaq, qadın dünyasını dəyişib.
Qadının həyat yoldaşı tərəfindən qətlə yetirildiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.
***
Gəncədə həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Saxlanılan şəxs 1985-ci il təvəllüdlü Şabanov Sabir Əli oğludur. O, qısqanclıq zəminində həyat yoldaşı 1990-ci il təvəllüdlü Həsənova Gülzara bir necə bıçaq zərbəsi vurub. Qadın xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı cinayət işi açılıb. Araşdırma gedir.
Mübariz Muradov
Elmar Əli
Son xəbərlər
Son Xəbərlər