Gəncədə ər arvadının boğazını kəsmək istədi

Gəncədə ər arvadının boğazını kəsmək istədi
Oxunma sayı: 927

Gəncədə ər arvadına kəsici alətlə xəsarət yetirib.

“Qafqazinfo”nun verdiyi məlumata görə, şəhər sakini 1977-ci il təvəllüdlü Natəvan Mustafayeva boyun nahiyəsinin kəsilmiş-deşilmiş xəsarəti ilə xəstəxanaya çatdırılıb. 

Ona tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

İlkin məlumata görə, qadına xəsarəti mübahisə zəminində həyat yoldaşı kəsici alətlə yetirib.

Faktla bağlı araşdırma aparılır.

Elmar Əli


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi