Gəncədə ev kül oldu, xəsarət alan var - Fotolar

gencede-ev-kul-oldu-xesaret-alan-var
Oxunma sayı: 2251

Gəncədə fərdi yaşayış evi yanıb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Gülüstan qəsəbəsində yerləşən beş mərtəbəli evin beşinci mərtəbəsində qeydə alınıb. Yanğın nəticəsində fərdi yaşayış evi kül olub. Əraziyə Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin canlı qüvvə və texnikası cəlb olunub.

Hadisə zamanı evin sahibəsi 1961-ci il təvəllüdlü Rzayeva Məxluqə Əli qızı xəsarət alaraq, xəstəxanaya yerləşdirilib.

Yanğının baş vermə səbəbləri araşdırılır.

Elmar Əli