Gəncədə ev yandı - Sahibi öldü

gencede-ev-yandi
Oxunma sayı: 1190

Gəncədə bir nəfərin ölümü ilə nəticələnən yanğın hadisəsi qeydə alınıb.

“Qafqazinfo” Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, şəhərin Nizami rayonunda vətəndaşa məxsus 98 kv.m sahəsi olan birmərtəbəli 4 otaqlı evdə yanğın baş verib. Nəticədə evin yanar konstruksiyaları və əşyaları yanıb.

Yanğınsöndürənlər tərəfindən yanğın yerinin kəşfiyyatı zamanı 1962-ci il təvəllüdlü Arif Məmməd oğlu Sultanovun yanmış meyiti aşkar olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 01:56-da yanğınsöndürənlər tərəfindən söndürülüb.