Gəncədə ev yanıb

gencede-ev-yanib
Oxunma sayı: 948

Gəncə şəhərində ev yanıb.

“Qafqazinfo” FHN-nin saytına istinadən xəbər verir ki, Gəncə şəhəri, Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 150 kv.m olan birmərtəbəli 5 otaqlı evin 1 otağının yanar konstruksiyaları 35 kv.m sahədə və digər otağın qapısı yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 15:12-də yanğınsöndürənlər tərəfindən söndürülüb.