Gəncədə evdən qadın meyiti tapılıb

gencede-evden-qadin-meyiti-tapilib
Oxunma sayı: 1159

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Gəncə şəhərinin Kəpəz rayonunda 1 nəfər mənzildə köməksiz vəziyyətdə qalıb.

“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, çağırış ünvanına cəlb olunmuş Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1937-ci il təvəllüdlü İmanova Siyarə Həsən qızının meyitini aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.